Gürcüstanda yeni İES istifadəyə verilib

Gürcüstanda yeni İES istifadəyə verilib Gürcüstanın Qardabani rayonunda yeni müasir tipli İstilik Elektrik Stansiyası (İES) istifadəyə verilib.
Region
17 Yanvar , 2020 12:24
Gürcüstanda yeni İES istifadəyə verilib

Gürcüstanın Qardabani rayonunda yeni müasir tipli İstilik Elektrik Stansiyası (İES) istifadəyə verilib.

“Report”un yerli bürosu xəbər verir ki, “Qardabani-2” İES-in rəsmi açılış mərasimində Gürcüstanın baş naziri Giorgi Qaxaria, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava və digər rəsmi şəxslər iştirak ediblər.

Kombinə edilmiş dövriyyəyə malik stansiyanın gücü 230 MVt təşkil edir. İES ildə 1,3 milyard kilovatt/saat həсmində elektrik enerjisi istehsal edəcək.

Gürcüstanın Neft və Qaz Korporasiyası İES-in tikintisinə 180 milyon ABŞ dollarına yaxın investisiya qoyub.

“Qardabani-2” İES-i müasir funksiya ilə təchiz olunub. Belə ki, Gürcüstanın elektrik enerjisi ilə təchizatında hər hansı bir fövqəladə vəziyyət yaranarsa, stansiya bütün elektrik sistemini bərpa etmək imkanına malik olacaq. 

Son xəbərlər

Orphus sistemi