Yuxarı

Gürcüstanda daha bir deputat parlament çoxluğunu tərk edib - YENİLƏNİB

​Gürcüstanda yeddi deputat parlament çoxluğunu tərk edib

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının deputatı Mariam Caşi parlament çoxluğunu tərk edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə parlament üzvü özü bildirib.

Təhsil, elm və mədəniyyət komitəsinin sədri deyib ki, proporsional seçki sisteminə keçidi dəstəkləyib.

Beləliklə parlament çoxluğundan istefa verən deputatların sayı 8-ə çatıb. Bundan öncə 7 deputat - Tamara Çuqoşvili, İrina Pruidze, Giorgi Mosidze, Dmitri Tskitişvili, Tamar Xulordava, Sofo Katsarava və Zaza Xutsişvili çoxluqdan getdiklərini elan ediblər.

T.Çuqoşvili parlamentin vitse-spikeri, S.Katsarava Xarici əlaqələr komitəsi, T.Xulordava isə Avrointeqrasiya komitəsinin sədri olub. 


*** 14:37

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının 7 deputatı parlament çoxlğunu tərk edib.

“Report”un yerli bürosu xəbər verir ki, onlar bu addımları ilə qanunverici orqanda proporsional seçki sisteminə keçidi nəzərdə tutan qanun layihəsinin qəbul olunmamasına etirazlarını bildiriblər.

Çoxluğu tərk edən deputatlar Tamara Çuqoşvili, İrina Pruidze, Giorgi Mosidze, Dmitri Tskitişvili, Tamar Xulordava, Sofo Katsarava və Zaza Xutsişvilidir.

Qeyd edək ki, T.Çuqoşvili parlamentin vitse-spikeri, S.Katsarava isə Xarici əlaqələr komitəsinin sədridir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi