Gürcüstanda yaşayış binasında partlayış olub, 7 nəfər xəsarət alıb

Gürcüstanda yaşayış binasında partlayış olub, 7 nəfər xəsarət alıb Gürcüstanın Kutaisi şəhərinin Avtomşenebeli küçəsində yerləşən yaşayış binalarının birində güclü partlayış baş verib.
Region
18 İyun , 2019 09:32
Gürcüstanda yaşayış binasında partlayış olub, 7 nəfər xəsarət alıb

Gürcüstanın Kutaisi şəhərinin Avtomşenebeli küçəsində yerləşən yaşayış binalarının birində güclü partlayış baş verib.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, binanın ikinci mərtəbəsində qeydə alınan partlayış yanğına səbəb olub.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım maşınları cəlb olunub. Partlayış zamanı 7 nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdiriliblər. 

Yaşayış binasındakı yanğın artıq lokallaşdırılıb.

Partlayışın səbəbləri hələ məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi