Yuxarı

​Gürcüstanda yaşayanların sayı açıqlanıb

2014-cü ildə əhalinin siyahıyaalınması aparılıb və ölkədə 3 milyon 729 min 635 nəfərin yaşadığı məlum olub

Bakı. 27 iyun. REPORT.AZ/ Gürcüstanda yaşayanların sayı açıqlanıb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, 2014-cü ildə əhalinin siyahıyaalınması aparılıb və ölkədə 3 milyon 729 min 635 nəfərin yaşadığı məlum olub.

Statistika İdarəsinin direktoru Meri Dauşvili bildirib ki, bura Gürcüstan vətəndaşları ilə yanaşı, ölkədə yaşayan vətəndaşlığı olmayan şəxslər, habelə 12 ay davamlı olaraq, burada yaşamğı planlaşdıranlar daxildir: "Heç bir ölkədə əhalinin siyahıyaalınması 100% həyata keçirilmir. Bu baxımdan 2% xəta nəzərə alınır".

M.Dauşvili qeyd edib ki, Gürcüstandan Rusiyaya mühacirət edən 800 min nəfər siyahıya daxil edilməyib: "Bu ilkin məlumatdır. Əldə edilən nəticələr kompüterdə təhlil olunur. Bütün başqa göstəricilər 2016-cı ilin aprelində açıqlanacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi