Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində yanmış avtomobildə meyit aşkarlanması faktı ilə bağlı cinayət işi başlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın
İstintaq qəsdən adamöldürmə maddəsi üzrə aparılır.
Meyiti tapılan kişi Qaracalar kənd sakini olmayıb. Onun milliyyətcə gürcü olduğu ehtimal edilir.
*** 18:23
Gürcüstanın Qardabani rayonunun azərbaycanlıların yaşadığı Qaracalar kəndində mərkəzi yolun kənarında yanmış avtomobil aşkar olunub.
“Report”un yerli bürosu xəbər verir ki, maşında kişi meyiti tapılıb.
Avtomobilin taksi kimi fəaliyyət göstərdiyi bildirilir.
Hadisənin bədbəxt hadisə və ya qətl olması hələ məlum deyil. Maşının ətrafında yerdə qan izləri müəyyən olunub.
Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunublar. Nəqliyyat vasitəsi ekspertiza bürosuna aparılıb.