Gürcüstanda ümumi karantin beynəlxalq yük daşımalarına tətbiq olunmayacaq

Gürcüstanda ümumi karantin beynəlxalq yük daşımalarına tətbiq olunmayacaq Gürcüstanda sabahdan qüvvəyə minəcək ümumi karantin rejiminin məhdudiyyətləri ölkə ərazisində yük daşımalarına tətbiq olunmayacaq.
Region
30 Mart , 2020 18:21
Gürcüstanda ümumi karantin beynəlxalq yük daşımalarına tətbiq olunmayacaq

Gürcüstanda sabahdan qüvvəyə minəcək ümumi karantin rejiminin məhdudiyyətləri ölkə ərazisində yük daşımalarına tətbiq olunmayacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili bildirib.

Onun sözlərinə görə, həm beynəlxalq, həm də daxili yük daşımaların həyata keçirilməsi davam etdiriləcək: “Karantin rejiminin tətbiq olunduğu Marneuli və Bolnisidə də yük daşımalarına heç bir məhdudiyyət yoxdur. Daşımalar Daxili İşlər Nazirliyi ilə razılaşma və müəyyən zəruri şərtlər əsasında həyata keçirilir”.

Son xəbərlər

Orphus sistemi