Gürcüstanda Tolerantlıq həftəsinə start verilib - FOTO

Gürcüstanda Tolerantlıq həftəsinə start verilib - FOTO Gürcüstanda bu gündən ilk Tolerantlıq həftəsinə start verilib.
Region
15 Noyabr , 2019 11:31
Gürcüstanda Tolerantlıq həftəsinə start verilib - FOTO

Gürcüstanda bu gündən ilk Tolerantlıq həftəsinə start verilib.

“Report”un yerli bürosu xəbər verir ki, Avropa Şurasının Gürcüstan ofisi və təşkilatın ölkədəki tərəfdaş dövlət qurumları ilə birgə təşkil etdiyi həftə noyabrın 22-dək davam edəcək.

“Mən bərabərliyi seçirəm” məlumatlandırma kampaniyasının bir hissəsi olan həftə 16 noyabr – Beynəlxalq Tolerantlıq Gününə həsr olunub.

Tolerantlıq həftəsinin elan olunduğu tədbirdə bildirilib ki, həftə çərçivəsində Gürcüstanın müxtəlif bölgələrində, həmçinin azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Qardabani və Bolnisi rayonlarında məlumatlandırıcı tədbirlər keçiriləcək. 

Kampaniya iştirakçılarına Gürcüstanda etnik müxtəlifliklə yanaşı, dövlətin milli azlıqlar üçün həyata keçirdiyi proqram və layihələr barədə də ətraflı məlumat təqdim ediləcək.

Mərasimdə Avropa Şurasının Gürcüstandakı ofisi, parlament, Ombudsman aparatı, Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət naziri aparatı, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və digər dövlət idarələrinin nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi