Gürcüstanda tikiş fabrikinin əməkdaşları etiraz aksiyası keçirib

Gürcüstanda tikiş fabrikinin əməkdaşları etiraz aksiyası keçirib Gürcüstanın Kutaisi şəhərində fəaliyyət göstərən “Kutex” tikiş fabrikinin işçiləri etiraz aksiyası keçirib.
Region
22 İyul , 2019 12:38
Gürcüstanda tikiş fabrikinin əməkdaşları etiraz aksiyası keçirib

Gürcüstanın Kutaisi şəhərində fəaliyyət göstərən “Kutex” tikiş fabrikinin işçiləri etiraz aksiyası keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, 120-yə yaxın dərzi iş şəraitinin yaxşılaşdırılmasını tələb edib.

Fabrik işçiləri əməkhaqlarının da gecikdirildiyini bildiriblər.

İmereti bölgəsinin Həmkarlar İttifaqının nümayəndələri də aksiyaya dəstək verib. İttifaq “Kutex” tikiş fabriki ilə bağlı məhkəməyə şikayətin veriləcəyini istisna etməyib.

Müəssisə rəhbərliyi isə işçilərin maaşlarının yaxın zamanlarda ödəniləcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi