Yuxarı
    Bağlamaq

    Gürcüstanda təhlükəli peyvəndə aid dövlət auditinin hesabatına görə qalmaqal baş verib

    Bakı. 18 yanvar. REPORT.AZ/ Gürcüstanın Səhiyyə Nazirliyi ölkədə 2016-17 illərdə sağamlıq üçün təhlükəli olan 30 min peyvənd dozadan artıq istifadə olunması barədə dövlət auditinin dərcindən sonra əhali qarşısında cavab verməli olub.

    "Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

    Dövlət auditinin hesabatına görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Gürcüstanda 30 min dəfə istifadə olunan təhlükəli peyvəndi istifadədən kənarlaşdırmağa tövsiyə edib. Bildirilib ki, dərman lazımi qeydiyyatı keçə bilməsə də, Gürcüstanın xüsusi komissiyası peyvəndin istifadəsi üçün icazə ala bilib.

    İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarətə dair Milli Mərkəzin rəhbəri Amiran Qamkrelidze bütün itthamları rədd edərək dərman vasitələrinin ölkəyə qaydalara uyğun şəkildə gətirildiyini açıqlayıb. O, əlavə edib ki, dərman vasitəsi quduzluğa qarşı peyvənddir, uşaqlara vurulan peyvənd deyil. 2016-cı ildə ÜST dərman vasitəsinin keyfiyyəti və təhlükəsizliyinə qiymət vermək məqsədilə onun təsnifatını yenidən keçirmək istəyib.

    Məsələ ilə bağlı dövlət audit orqanlarının əməkdaşları Səhiyyə Nazirliyi əməkdaşları ilə görüşüb və quduzluğa qarşı peyvəndin effektiv, təhlükəsiz olması ilə bağlı bütün arqumentlər səsləndirilib. Artıq məsələ ölkənin sosial şəbəkəsində də geniş müzakirə mövzusuna çevrilib. Bir çox valideynlər öz uşaqlarına adıçəkilən peyvəndin vurulmasından imtina etdiklərini bildirib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi