Gürcüstanda bu ilin yanvar-iyul aylarında istehlak olunan təbii qazın həcmi 1 488 mln. kub metr təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkədə qaz istehlakında 17,1% artım qeydə alınıb.
İlk yeddi ayda Gürcüstanda 783, 2 min ton neft və neft məhsulu istehlak olunub ki, bu da illik müqayisədə 5,4% çoxdur.