Yuxarı

Gürcüstanda soyuq silahla bağlı qaydalar sərtləşdiriləcək

Gürcüstanda soyuq silahla bağlı qaydalar sərtləşdiriləcək

“Gürcüstan hökuməti soyuq silahla bağlı qaydaları sərtləşdirməyi planlaşdırır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin baş naziri Mamuka Baxtadze bildirib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi bununla bağlı yeni qanun layihəsi hazırlayıb: “İctimai təhlükəsizliyin və asayişin qorunması bizim hər birimiz üçün prioritetdir və bunun üçün biz hər şey edirik. Soyuq silahların qanunsuz dövriyyəsi ilə bağlı çoxlu risklər var. Bu gün Gürcüstanda soyuq silah istənilən yerdə, hətta məktəblərə yaxın ərazilərdə satılır. Bu cür silahların satılması və əldə olunması ilə bağlı tələblərin sərtləşdirilməsi vacib addımdır. Bu məsələ ilə bağlı Avropa ölkələrinin təcrübəsi öyrəniləcək”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi