Yuxarı

Gürcüstanda sosial işçilər tətil elan ediblər

​Gürcüstanda sosial işçilər tətilə başlayıb

Gürcüstanda sosial sahədə çalışan işçilər hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, onlar iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Sosial Xidmətlər Agentliyinin bütün işçiləri Gürcüstan üzrə tətil elan ediblər.

Sosial işçilər 22 tələb irəli sürüblər. Onların arasında əməkdaşların sayının artırılması, onların nəqliyyat vasitələri ilə təmin olunması, sosial xidmət mərkəzlərinin məhdud imkanlı şəxslər üçün adaptasiya edilməsi və digər tələblər var.

Onlar tələbləri yerinə yetirilməyənə qədər tətili davam etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, Gürcüstanda 244 sosial işçi var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi