Gürcüstanda seçkilərin ikinci turuna 2,5 milyon dollar tələb olunur

Gürcüstanda seçkilərin ikinci turuna 2,5 milyon dollar tələb olunur Partiya siyahısı üzrə seçki başa çatıb
Region
20 Oktyabr , 2016 14:57
Gürcüstanda seçkilərin ikinci turuna 2,5 milyon dollar tələb olunur

Bakı. 20 oktyabr. REPORT.AZ/ Gürcüstan Mərkəzi Seçki Komissiyası parlamentinə seçkilərin ikinci turunun keçirilməsi üçün büdcədən əlavə olaraq 2,5 milyon dollar tələb edib.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamara Jvaniya bildirib.

Məlumata görə, partiya siyahısı (proporsional-çoxmandatlı) üzrə seçki başa çatıb. İlkin məlumata əsasən, qarışıq seçki sistemində hakim "Gürcü arzusu" Partiyası 44 yer, keçmiş hakimiyyət partiyası "Vahid Milli Hərəkat" 27 yer, "Vətənsevərlər birliyi" isə 6 yer qazanıb. Gürcüstan parlamentində isə 150 yer var.

Xatırladaq ki, Gürcüstanda parlament seçkilərinin ikinci turu oktyabrın 30-da keçiriləcək. Seçkilər 48 təkmandatlı-majoritar dairə üzrə baş tutacaq. İki dairədə isə təkrar seçki olacaq. Təkrar seçki isə oktyabrın 22-nə təyin olunub.

Gürcüstan parlamentinə ilk seçkilər isə bu il oktyabrın 8-də keçirilib.

Son xəbərlər

Orphus sistemi