Gürcüstanda sabiq nazirin oğlu saxlanılıb

Gürcüstanda sabiq nazirin oğlu saxlanılıb Gürcüstanın keçmiş iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvilinin oğlu saxlanılıb.
Region
19 Avqust , 2019 10:36
Gürcüstanda sabiq nazirin oğlu saxlanılıb

Gürcüstanın keçmiş iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvilinin oğlu saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, 23 yaşlı İrakli Kumsişvilinin saxlanılmasına səbəb polisə tabe olmamasıdır.

Hadisə üç gün bundan öncə Tbilisidəki restoranlardan birində baş verib. İ.Kumsişvili və dostu ilə obyektin mühafizə xidmətinin əməkdaşları arasında mübahisə yaranıb. Mübahisə fiziki qarşıdurmaya keçəndən sonra restorana polis çağırılıb.

Polisin çoxsaylı çağırışlarına baxmayaraq, gənclər hüquq mühafizə orqanları əməkdaşlarının tələblərinə məhəl qoymayıblar. Nəticədə hər iki gənc saxlanılıb. Onlara inzibati həbs cəzası verilib.

Sabiq nazir oğlu restoranda dava zamanı ciddi xəsarətlər alıb. Ona xəstəxanada tibbi yardım göstərilib.

Qeyd edək ki, D.Kumsişvili 2015-ci ilin sentyabrından 2018-ci ilin iyununa qədər Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri olub.

Son xəbərlər

Orphus sistemi