Gürcüstanda Rusiya ilə dialoqu dəstəkləyənlərin sayı kəskin azalıb

Gürcüstanda Rusiya ilə dialoqu dəstəkləyənlərin sayı kəskin azalıb Gürcüstanda Rusiya ilə dialoqu dəstəkləyənlərin sayı kəskin azalıb.
Region
19 İyul , 2019 09:53
Gürcüstanda Rusiya ilə dialoqu dəstəkləyənlərin sayı kəskin azalıb

Gürcüstanda Rusiya ilə dialoqu dəstəkləyənlərin sayı kəskin azalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu, Beynəlxalq Respublika İnstitutunun (IRI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusu nəticəsində məlum olub.

Rəyi soruşulanların yalnız 46%-i Rusiya ilə dialoqu tam dəstəkləyib. Bu göstərici son illər ərzində ən aşağı göstəricidir. Belə ki, 2010-cu ilin oktyabrında Rusiya ilə dialoqu dəstəkləyənlərin göstəricisi 84%, 2011-2017-ci illərdə isə 53-83% arasında tərəddüd edib. Ötən ilin aprelində isə bu göstərici 47% olub.

Respondentlərin 29%-i qonşu Rusiya ilə danışıqları qismən dəstəkləyib, 7%-i qismən dəstəkləməyib, 12%-i qəti şəkildə buna etiraz edib, 5%-i isə suala cavab verməyib. 

Sorğu bu ilin mayın 20-dən iyunun 11-dək bütün Gürcüstan üzrə 1 500 vətəndaş arasında keçirilib.

Son xəbərlər

Orphus sistemi