Gürcüstanda qubernatora azərbaycanlı yeni müavin təyin olunacaq

Gürcüstanda qubernatora azərbaycanlı yeni müavin təyin olunacaq Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşviliyə azərbaycanlı yeni müavin təyin olunacaq.
Region
20 May , 2019 11:06
Gürcüstanda qubernatora azərbaycanlı yeni müavin təyin olunacaq

Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşviliyə azərbaycanlı yeni müavin təyin olunacaq.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu post keçmiş müavin Zaur Darğallının Marneuli rayonunun rəhbəri seçilməsindən sonra boşalıb. 

Qubernator müavini vəzifəsinə kimin təyin olunacağı hələlik məlum deyil.

Qeyd edək ki, 2017-ci ildən etibarən azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsinin qubernatorunun 3 müavinindən biri azərbaycanlı olur. Həmin ildə qubernator müavini təyin olunmuş Z.Darğallı ötən gün 78,6% səslə Marneulidə keçirilmiş seçkilərdə qalib gəlib. 

Son xəbərlər

Orphus sistemi