Yuxarı
    Bağlamaq

    Gürcüstanda qripdən ölənlərin sayı 15-ə çatıb

    Tbilisi. 11 yanvar. REPORT.AZ/ Gürcüstanda qripin ağır formasından ölənlərin sayı 15-ə çatıb.

    “Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze məlumat verib.

    O bildirib ki, mövsümi qripdən ölənlərin 5-i Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərinin payına düşüb.

    Mərkəz direktoru qeyd edib ki, qriplə bağlı xəstəxanalara yerləşdirmə halları 616-dan 845-ə qədər, reanimasiya şöbələrində olanların sayı isə 39-dan 44-ə qədər artıb.

    Hazırda qonşu ölkədə 100 min sakinə 256 qripə yoluxan şəxs düşür. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi