Yuxarı

Gürcüstanda qrip virusunun ikinci dalğası gözlənilir

​Gürcüstanda qrip virusunun ikinci dalğası gözlənilir

Tbilisi. 24 yanvar. REPORT.AZ/ “Gürcüstan qrip virusunun ikinci dalğasına hazırdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, ölkədə “Tamiflu” dərman preparatının kifayət qədər ehtiyatı var: “Bizim qrip virusunun yayılmasının müşahidəsi ilə bağlı çoxillik göstəricilərimiz var. Bir, iki və ya daha çox dalğa ola bilər. İkinci dalğanın fevral ayında olacağı mütləq deyil, lakin ölkə buna hazır olmalıdır”.

A.Qamkrelidze qeyd edib ki, fevralda qrip virusunun yayılması göstəricisi artsa, səhiyyə sistemi müvafiq tədbirlər həyata keçirəcək.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə qrip virusundan 21 nəfər ölüb. Onların 19-nun “donuz qripi” adlandırılan A (H1N1) virusundan ölməsi laboratoriya şəraitində təsdiq olunub. Hazırda xəstəxanalarda 750-ya yaxın insan qripdən müalicə olunur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi