Gürcüstanda qızılca xəstəliyi yayılıb

Gürcüstanda qızılca xəstəliyi yayılıb Tbilisi. 17 yanvar. REPORT.AZ/ Gürcüstanda qızılca xəstəliyinə yoluxma halları kəskin artıb.
Region
17 Yanvar , 2019 13:59
Gürcüstanda qızılca xəstəliyi yayılıb
0 : 00
0 : 00

Tbilisi. 17 yanvar. REPORT.AZ/ Gürcüstanda qızılca xəstəliyinə yoluxma halları kəskin artıb.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.

O deyib ki, yanvar ayının 1-dən etibarən ölkədə qızılcaya 312 yoluxma faktı qeydə alınıb: “Ötən il 2000-2200 yoluxma halı olub. Təəssüflər olsun ki, xəstəlikdən 3 nəfər ölüb. Qızılca xəstəliyi ciddi ağırlaşmalara səbəb ola və ölümlə nəticələnə bilər”.

Mərkəz direktorunun sözlərinə görə, qızılcaya yoluxma halları ən çox Kaxeti və İmereti bölgələrində yayılıb: “Xəstəliyə yoluxma hallarının 56 faizi 20-40 yaş arası vətəndaşların, 8 faizi isə 0-1 yaş arası uşaqların payına düşür”.

A.Qamkrelidze əhalini qızılcaya qarşı peyvəndi təxirə salmamağa çağırıb: “Hazırda ölkədə kifayət qədər vaksin var və peyvənd ödənişsiz həyata keçirilir. Vaksin təhlükəsizdir və və heç bir əks təsir törətmir”. 

Son xəbərlər

Orphus sistemi