Gürcüstanda qədim Telavi şəhərinin qalıqları tapılıb

Gürcüstanda qədim Telavi şəhərinin qalıqları tapılıb Şəhər IX-X əsrlərdə mövcud olub
Region
10 İyul , 2017 00:09
Gürcüstanda qədim Telavi şəhərinin qalıqları tapılıb

Tbilisi. 10 iyul. REPORT.AZ/ Gürcüstanın Telavi şəhəri yaxınlığında IX-X əsrlərə aid şəhərin qalıqları tapılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Telavi arxeoloji ekspedisiyasının rəhbəri Nika Tuşabramişvili məlumat verib.

Onun sözlərinə görə, yazılı məlumatlara əsasən ilk Telavi şəhəri hələ II əsrdə mövcud olub. Amma bu günədək qədim şəhərin dəqiq yerini tapmaq mümkün olmamışdı.

“Bütün məsuliyyətimlə deyə bilərəm ki, tapdığımız şəhər IX-X əsrdə mövcud olmuş qədim Telavi şəhərinin qalıqlarıdır”, –deyə, arxeoloq vurğulayıb.

Qazıntı işləri zamanı keramika, silah, mürəkkəb qabları, kuzə və digər əşyalar tapılıb.

Son xəbərlər

Orphus sistemi