Yuxarı

​Gürcüstanda "Qazprom"la əməkdaşlıq əleyhinə etiraz aksiyası keçirilib

Aksiya iştirakçıları ilə polis arasında qarşıdurma olub

Bakı. 16 yanvar. REPORT.AZ/ Gürcüstanın sabiq prezidenti, Odessanın qubernatoru Mixail Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyası Rusiyanın "Qazprom" şirkəti ilə əməkdaşlıq əleyhinə vəd olunan silsilə aksiyalardan birini keçirib.

"Report" xəbər verir ki, partiya üzvləri Kür çayının sahilində Energetika Nazirliyi binasının qarşısında toplaşıblar.

Piket zamanı asayiş keşikçiləri etirazçıların körpüdən anti-"Qazprom" plakat asmasına imkan verməyib. Nəticədə polislə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.

Aksiya iştirakçılarının əlində üzərində "Qazproma yox!" yazısının əks olunduğu transparantlar tutublar, həmçinin idarə əməkdaşlarını fitə basıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi