Yuxarı

Gürcüstanda qaz kəmərinin partladılmasının qarşısı alınıb

Rusiya qazını Gürcüstan ərazisindən keçərək Ermənistana çatdıran qaz kəmərinin partladılmasına cəhd olub

Bakı. 22 avqust. REPORT.AZ/ Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) ölkə ərazisindən keçən təbii qaz kəmərinin partladılmasına cəhdin qarşısını alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda DTX məlumat yayıb.

Qurumdan bildirilib ki, Rusiya qazı Gürcüstan ərazisindən keçərək Ermənistana ötürülür. İnformasiyaya görə, "mavi yanacağı" nəql edilən həmin kəmərin Gürcüstan ərazisindən keçən hissəsinin partladılmasına cəhd edilib. Lakin DTX bu cəhdin qarşısını alıb.

Partlayışı törətməyə cəhd edən Gürcüstan vətəndaşları Beka B., Valdimir R., Midiya V.,Caba M. və Nuri Ç. şübhəli şəxs qismində tutulub. Məlumata görə, hadisə ilə bağlı polis əməkdaşı Levan M.-da həbs edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi