Gürcüstanda qatar yanıb

Gürcüstanda qatar yanıb Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır
Region
18 Dekabr , 2016 18:20
Gürcüstanda qatar yanıb

Tbilisi. 18 dekabr. REPORT.AZ/ Gürcüstanda Kutaisidən Batumiyə gedən elektrik qatarında yanğın baş verib.

“Gürcüstan Dəmir Yolları” QSC-dən “Report”a bildiriblər ki, dekabrın 18-də günorta saatlarında Kutaisidən Batumiyə gedən 682 nömrəli elektrik qatarında yanğın olub. 

Hadisə Xedcaliya kəndi ərazisində baş verib. Qatarın vaqonlarından biri gözlənilmədən alovlanıb. Qatar heyətinin və yaxınlıqda olan kənd əhalisinin vaxtında müdaxiləsi nəticəsində sərnişinlər təxliyə olunub, alov söndürülüb. 

Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.Həyata keçirilmiş operativ tədbirlər nəticəsində dəmir yolunda qatarların hərəkəti bərpa olunub.

Faktla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 187-ci maddəsinə əsasən cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi