​Gürcüstanda prokurorun avtomobili atəşə tutulub

​Gürcüstanda prokurorun avtomobili atəşə tutulub Atəş açan şəxs hadisə yerindən qaçıb
Region
15 Yanvar , 2016 09:36
​Gürcüstanda prokurorun avtomobili atəşə tutulub

Bakı.15 yanvar. REPORT.AZ/ Gürcüstanın Poti şəhərinin prokuroru Aleksandr Qoquadzenin "Hundai" markalı avtomobilinə 4 dəfə atəş açılıb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, atəş açılan zaman avtomobili prokurorun özü idarə edirmiş. 

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilin sürücü tərəfdəki pəncərəsinin şüşəsi sınıb.

Atəş açan şəxs hadisə yerindən qaçıb. 

Son xəbərlər

Orphus sistemi