Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilən “exit-poll”un nəticələri açıqlanıb

Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilən “exit-poll”un nəticələri açıqlanıb Tbilisi. 28 noyabr. REPORT.AZ/ Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilmiş exit-pollun nəticələri açıqlanıb.
Region
28 Noyabr , 2018 20:18
Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilən “exit-poll”un nəticələri açıqlanıb

Tbilisi. 28 noyabr. REPORT.AZ/ Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilmiş "exit-poll"un nəticələri açıqlanıb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, “Rustavi 2” televiziya kanalının sifarişi ilə “Edison Research” təşkilatının keçirdiyi “exit-poll”un nəticəsinə əsasən, Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili 55%, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 45% səs toplayıb.

Həmçinin “Gallup International” təşkilatının keçirdiyi  “exit-poll”un nəticələri də açıqlanıb: S.Zurabişvili 58%, Q.Vaşadze isə 42% səs qazanıb. Təşkilat “exit-poll”u “İmedi” televiziya kanalının sifarişi əsasında həyata keçirib. 

Son xəbərlər

Orphus sistemi