Gürcüstanda prezident seçkiləri öncəsi sükut günü başlayıb

Gürcüstanda prezident seçkiləri öncəsi sükut günü başlayıb Tbilisi. 27 oktyabr. REPORT.AZ/ Gürcüstanda oktyabrın 28-də keçiriləcək prezident seçkiləri öncəsi sükut günü başlayıb.
Region
27 Oktyabr , 2018 02:38
Gürcüstanda prezident seçkiləri öncəsi sükut günü başlayıb

Tbilisi. 27 oktyabr. REPORT.AZ/ Gürcüstanda oktyabrın 28-də keçiriləcək prezident seçkiləri öncəsi sükut günü başlayıb.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, avqustun 29-da start verilmiş təbliğat-təşviqat kampaniyası başa çatıb.

Gürcüstanda seçki məntəqələri oktyabrın 28-də saat 08:00-da açılacaq. Seçkilərdə seçki hüququna malik 3 518 890 nəfərin iştirak edəcəyi gözlənilir.

Seçkilərlə əlaqədar 39 ölkədə 56 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Prezidentliyə 25 nəfərin namizədliyi qeydə alınıb. Builki prezident seçkiləri dövlət başçısının birbaşa səsvermə yolu ilə seçiləcəyi son seçkilər olacaq. Gürcüstanın yeni prezidenti 6 il müddətinə seçiləcək.

Son xəbərlər

Orphus sistemi