Gürcüstanda parlament seçkilərindən əvvəl yeni siyasi blok yaradılıb

Gürcüstanda parlament seçkilərindən əvvəl yeni siyasi blok yaradılıb Blok "Vaşadze-Caparidze-Yeni seçim" adını daşıyacaq
Region
5 Avqust , 2016 16:00
Gürcüstanda parlament seçkilərindən əvvəl yeni siyasi blok yaradılıb

Bakı. 5 avqust. REPORT.AZ/ Gürcüstanda "Vətəndaş platforması - Yeni Gürcüstan", "Yeni siyasi mərkəz - Qirçi" və "Yeni sağçılar" Partiyası "Vaşadze-Caparidze-Yeni seçim" birgə siyasi blokun yaradıldığını bəyan edib.

"Report" "Qruziya-Online" portalına istinadən xəbər verir ki, bu barədə blokun liderlərindən biri Giorgi Vaşadze məlumat verib.

Onun sözlərinə görə, bu qərar birgə məsləhətləşmələr və qarşıdakı parlament seçkilərində vahid blok kimi çıxış etmək perspektivlərinin müzakirəsindən sonra, Gürcüstanın düzgün sosial-iqtisadi inkişaf proqramının yaradılması məqsədilə qəbul edilib.

"Biz ölkəyə yeni perspektivlər verməli olan yeni siyasi blok yaradırıq. Sizə gələcək və keçmiş arasında seçim imkanı təklif edirik", - deyə G.Vaşadze bildirib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri bu il oktyabrın 8-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi