Gürcüstanda növbədənkənar parlament seçkiləri tələbi ilə aksiya keçirilir

Gürcüstanda növbədənkənar parlament seçkiləri tələbi ilə aksiya keçirilir Tbilisi. 2 dekabr. REPORT.AZ/ Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında müxalif “Güc birlikdədir” koalisiyasının kütləvi etiraz aksiyası başlayıb.
Region
2 Dekabr , 2018 16:29
Gürcüstanda növbədənkənar parlament seçkiləri tələbi ilə aksiya keçirilir

Tbilisi. 2 dekabr. REPORT.AZ/ Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında müxalif “Güc birlikdədir” koalisiyasının kütləvi etiraz aksiyası başlayıb.

“Report”un Gürcüstan bürosunun xəbərinə görə, aksiyanın əsas tələbi növbədənkənar parlament seçkiləridir.

Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb. Təşkilatçılar aksiyada 10 minlərlə insanın iştirak etdiyini bildirib. Aksiyaya bölgələrdən də qatılanlar var.

Etirazçılar qarşısında çıxış edən“Güc birlikdədir” koalisiyasının liderlərindən biri Giorgi Vaşadze təmsil etdiyi birliyin prezident seçkilərinin nəticələrini tanımadığını deyib:

“Seçkilər xalqın iradəsini əks etdirmir. Gürcüstan demokratik ölkədir, lakin seçkilər demokratik standartlara uyğun keçirilmədi. Biz, hakimiyyətin xalqa məxsus olması, Gürcüstanın parlaq və demokratik gələcəyi uğrunda mübarizə aparırıq”.

Müxalifətçilərin sözlərinə görə, tələbləri yerinə yetirilməyənə qədər aksiyalar davam etdiriləcək.

Noyabrın 28-də Gürcüstanda keçirilmiş prezident seçkilərinin II turunda Salome Zurabişvili 59,52% səslə dövlət başçısı seçilib. Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qirqol Vaşadze isə 40,48% səs əldə edib.

Son xəbərlər

Orphus sistemi