Gürcüstanda nazir müavininin üzərinə baner aşıb - VİDEO

Gürcüstanda nazir müavininin üzərinə baner aşıb - VİDEO Gürcüstanın Batumi şəhərində inşa olunacaq Qafqaz Universitetinin təqdimat mərasimində kuryoz hadisə baş verib.
Region
10 İyul , 2019 12:12
Gürcüstanda nazir müavininin üzərinə baner aşıb - VİDEO

Gürcüstanın Batumi şəhərində inşa olunacaq Qafqaz Universitetinin təqdimat mərasimində kuryoz hadisə baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini İrina Abuladze tribunada çıxış edərkən arxada yerləşdirilən baner onun üzərinə aşıb.

Nazir müavini tribunadan vaxtında uzaqlaşıb və heç bir xəsarət almayıb.

Baner yerinə möhkəmləndiriləndən sonra İ.Abuladze çıxışına davam edib. O deyib ki, banerin aşması layihənin uğurlu olacağına işarədir.

Qeyd edək ki, Batumidə Qafqaz Universiteti və ali məktəbin kampusu üç il ərzində inşa olunacaq.

Son xəbərlər

Orphus sistemi