Gürcüstanda NATO-nun Şimali Atlantika Şurasının iclası keçiriləcək

Gürcüstanda NATO-nun Şimali Atlantika Şurasının iclası keçiriləcək Gürcüstanın baş naziri: "Şuranın səfəri çərçivəsində Varşava sammitində əldə olunmuş nəticələr nəzərdən keçirilə bilər"
Region
24 Avqust , 2016 12:33
Gürcüstanda NATO-nun Şimali Atlantika Şurasının iclası keçiriləcək

Bakı. 24 avqust. REPORT.AZ/ NATO-nun Şimali Atlantika Şurası növbəti iclasını sentyabrın 7-8-də Gürcüstanda keçirəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan baş naziri Giorgi Kvirikaşvili məlumat verib.

"Şuranın səfəri çərçivəsində Varşava sammitində əldə olunmuş nəticələr nəzərdən keçirilə bilər. Fikrimcə, Gürcüstanın demokratik və iqtisadi inkişafı baxımından əldə edilmiş nəticələr də müzakirə olunacaq. Bu, çox mühüm səfərdir. Şimali Atlantika Şurası Alyansda qərar verən ən yüksək orqandır. Buna görə də səfər bizim üçün xüsusi önəm daşıyır", - deyə baş nazir hökumətin iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Şimali Atlantika Şurası NATO-da əsas siyasi qərarları qəbul edir. Şura daimi nümayəndələr, müdafiə və ya xarici işlər nazirləri, eləcə də dövlət və ya hökumət başçıları (sammit) səviyyəsində iclaslar keçirir. İclaslara sədrliyi Alyansın baş katibi edir.

Son xəbərlər

Orphus sistemi