Gürcüstanda müxalif televiziya kanalının bağlanması tələbi ilə aksiya keçirilib

Gürcüstanda müxalif televiziya kanalının bağlanması tələbi ilə aksiya keçirilib Gürcüstanda müxalif Rustavi 2 televiziya kanalının bağlanması tələbi ilə aksiya keçirilib.
Region
17 Aprel , 2019 20:16
Gürcüstanda müxalif televiziya kanalının bağlanması tələbi ilə aksiya keçirilib

Gürcüstanda müxalif "Rustavi 2" televiziya kanalının bağlanması tələbi ilə aksiya keçirilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, televiziya kanalının binası yaxınlığında keçirilən aksiyada iştirakçılar yayımçının fəaliyyətinə etiraz ediblər.

Hadisə yerinə çox sayda polis əməkdaşı cəlb olunub.

Etirazçılar "Rustavi 2"nin bağlanmasını tələb ediblər. Onlar cəmiyyət üzvlərini kanala müsahibə verməməyə çağırıblar.

Aksiya iştirakçıları kanalın baş direktoru Nika Qvaramianın canlı efirdə hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin ünvanına nalayiq ifadələr işlətməsini də tənqid ediblər.

Son xəbərlər

Orphus sistemi