Yuxarı

Gürcüstanda milli rekorda imza atan gənc musiqiçi Tamar Babilua vəfat edib

​Gürcüstanda milli rekorda imza atan gənc musiqiçi vəfat edib

Gürcüstanın populyar "Niutone" qrupunun pianoçusu və vokalisti Tamar Babilua (Babi) dünyasını dəyişib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, 31 yaşlı musiqiçiyə bir neçə il öncə xərçəng xəstəliyi diaqnozu qoyulub.

T.Babilua 2016-cı ildə 25 saat ərzində dayanmadan fortepianoda 500-ə yaxın kompozisiya ifa edərək musiqi alətlərində fasiləsiz ifa üzrə milli rekorda imza atıb.

Musiqiçi fortepianoda 3 yaşından ifa etməyə başlayıb. O, bir sıra milli və beynəlxalq müsabiqələrin qalibi olub, kinofilmlər üçün musiqi bəstələyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi