Gürcüstanda milli azlıqların təhsil problemlərinin həlli ilə bağlı yeni proqram hazırlanıb

Gürcüstanda milli azlıqların təhsil problemlərinin həlli ilə bağlı yeni proqram hazırlanıb Müsabiqənin hər iki turunu uğurla keçən gənclər ixtisasları üzrə əvvəl köməkçi müəllim kimi işləyə biləcəklər
Region
11 İyul , 2017 13:22
Gürcüstanda milli azlıqların təhsil problemlərinin həlli ilə bağlı yeni proqram hazırlanıb
Report.az

Tbilisi. 11 iyul. REPORT.AZ/ Gürcüstanın Barış və Vətandaş Bərabərliyi üzrə Dövlət Nazirliyi "Milli azlıqların məskunlaşdıqları bölgələrdə iki dil bilən müəllimlərin seçilməsi" adlı layihə hazırlayıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, iyulun 11-də layihə ictimaiyyətə təqdim olunub.

Mərasimdə çıxış edən dövlət naziri Ketevan Sixelaşvili deyib ki, layihənin əsas məqsədi milli azlıqların yaşadıqları bölgələrdə təhsilin keyfiyyətini yüksəltmək, milli azlıqların nümayəndəsi olan müəllimlərin işlə təmin olunmasına köməklik göstərmək, gənclərin pedaqoji təhsilə marağını artırmaqdır. O bildirib ki, ölkənin Elm və Tahsil Nazirliyi də layihəni dəstəkləyir.

Gürcüstanın elm və təhsil naziri Aleksandr Cecelava bildirib ki, layihədə bakalavr diplomu olan, gürcü və ana dilini mükəmməl bilən gənclər iştirak edə bilərlər.

Bildirilib ki, müsabiqə iki mərhələdə keçiriləcək. Müsabiqənin hər iki turunu uğurla keçən gənclər ixtisasları üzrə əvvəl köməkçi müəllim kimi işləyə, işlədikləri müddətdə yüksək əmək haqqı ala biləcəklər.

Tədbirdə iştirak edən milli azlıqların nümayəndələri Gürcüstan hökumətinin bu addımını yüksək qiymətləndiriblər.

Azərbaycanlı gənc Ruslan İbayev "Repot"a açıqlamasında deyib ki, bu layihə Gürcüstanda gənclərin müəllim peşəsinə həvəsini artıracaq, eyni zamanda bizim işlə təmin olunmağımıza köməklik edəcək: "Ona görə də biz bunu yüksək qiymətləndiririk".

Universiteti yenicə bitirmiş, ixtisasca tarix müəlliməsi olan Yeganə Mürşüdova da layihədən razı qaldıqlarını və müsabiqədə iştirak edəcəklərini bildirib.

Son xəbərlər

Orphus sistemi