Gürcüstanda milli azlıqlar arasında SSRİ-nin dağılmasını pisləyənlərin sayı artıb

Gürcüstanda milli azlıqlar arasında SSRİ-nin dağılmasını pisləyənlərin sayı artıb Gürcüstanda rəyi soruşulan milli azlıqların 58%-i SSRİ-nin dağılmasını ölkə üçün pis hadisə adlandırıb.
Region
17 Sentyabr , 2019 12:09
Gürcüstanda milli azlıqlar arasında SSRİ-nin dağılmasını pisləyənlərin sayı artıb

Gürcüstanda rəyi soruşulan milli azlıqların 58%-i SSRİ-nin dağılmasını ölkə üçün pis hadisə adlandırıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusunun nəticələrində bildirilib.

Etnik azlıqları təmsil edən respondentlərin 21%-i Sovetlər Birliyinin süqutunun yaxşı hadisə olduğunu hesab edir.

Qonşu ölkədə milli azlıqlar arasında SSRİ-nin dağılmasını pis hadisə hesab edənlərin faizi artıb. Belə ki, NDI-nin bu ilin mayında keçirdiyi sorğuya əsasən, bu göstərici 52% təşkil edib.

Gürcüstan üzrə respondentlərin 49%-i bu hadisəni yaxşı adlandırıb, 10%-i isə suala cavabı bilmədiyini deyib.

Qeyd edək ki, NDI sorğunu işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə bu il iyulun 13-dən 29-dək 2 131 respondent arasında keçirib.

Son xəbərlər

Orphus sistemi