Gürcüstanda meşə yanır

Gürcüstanda meşə yanır Gürcüstanın Tsxaltubo rayonunun Sormoni kəndində meşə sahəsində ötən gün axşam saatlarından başlayan yanğın davam edir.
Region
18 Noyabr , 2019 10:04
Gürcüstanda meşə yanır

Gürcüstanın Tsxaltubo rayonunun Sormoni kəndində meşə sahəsində ötən gün axşam saatlarından başlayan yanğın davam edir.

“Report”un yerli bürosu xəbər verir ki, səhər saatlarından etibarən yanğının aradan qaldırılması üzrə tədbirlər bərpa edilib.

Yanğın sahəsinə səkkiz yanğınsöndürmə briqadası cəlb olunub.

Qonşu ölkənin Oni rayonunun Xideşlebi kəndi ərazisində də meşə yanğını qeydə alınıb. Yanğının söndürülməsində 80 yanğınsöndürən iştirak edir. 

Son xəbərlər

Orphus sistemi