Yuxarı

Gürcüstanda meşə yanğınının miqyası böyüyüb - YENİLƏNİB

Gürcüstanda meşə yanğınının miqyası böyüyüb - YENİLƏNİB

Gürcüstanda hazırda yeddi yanğın ocağı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Föqəladə Halların İdarə olunması Xidmətinin yaydığı məlumatda bildirilib.

Yanğın ocaqları Svaneti, Sameqrelo, Raça və Acarıstan bölgələrində yaranıb.

Bu il Gürcüstanda payız quraq keçdiyindən təkcə noyabr ayında ölkə ərazisində 44 meşə yanğını baş verib. 


*** 09:18

Gürcüstanın Mestia rayonunun Tsxumari kəndi yaxınlığında ötən gecə baş verən meşə yanğınının miqyası böyüyüb.

“Report”un yerli bürosu xəbər verir ki, alov bir neçə hektar sahəyə yayılıb. 

Çətin relyef yanğının söndürülməsini mürəkkəbləşdirib. Yanğının aradan qaldırılmasında 45-ə yaxın yanğınsödürən iştirak edir. Əraziyə əlavə 90 yanğınsöndürən cəlb olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi