Yuxarı

Gürcüstanda meşə yanğını söndürülüb - YENİLƏNİB

Gürcüstanda meşə yanğını söndürülüb - YENİLƏNİB

Gürcüstanda Borjomi dərəsində baş vermiş meşə yanğını tam söndürülüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, yanğın nəticəsində 2,5 hektar sahə yanıb.

Yanğının söndürülməsinə cəlb olunan helikopter 24 uçuş edərək 48 ton sudan istifadə edib.

Hazırda yanğın ərazisində profilaktik tədbirlər həyata keçirilir. 


*** 10:21

Gürcüstanda ötən gün axşam saatlarında Borjomi dərəsində baş vermiş meşə yanğınının tam aradan qaldırılması istiqamətində işlər bərpa olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, səhər saatlarından etibarən yanğın ocaqlarının söndürülməsinə helikopter cəlb olunub.

İlkin məlumatlara əsasən, yanğın, təxminən, 3,5 hektar sahəni əhatə edib. Hazırda açıq yanğın ocaqları görünməsə də, 150 yanğınsöndürən və 30-a yaxın meşə gözətçisi yanğının tam söndürülməsi işlərinə cəlb olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi