Yuxarı

Gürcüstanda meşə yanğını lokallaşdırılıb - YENİLƏNİB

​Gürcüstanda meşə yanğını baş verib

Gürcüstanda meşə yanğını lokallaşdırılıb

Gürcüstanın Borjomi dərəsindəki Sakire kəndi yaxınlığında baş vermiş meşə yanğını lokallaşdırılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, helikopter, 150 yanğınsöndürən30-a yaxın meşə gözətçisinin cəlb olunması sayəsində iki yanğın ocağı söndürülüb.

Canlı qüvvə yanğın ocaqlarına nəzarət etmək məqsədilə gecə ərzində ərazidə qalacaq.


***21:15

Gürcüstanın Borjomi dərəsində yerləşən Sakire kəndi yaxınlığında meşə yanğını baş verib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, dağ yamacında yanğının söndürülməsinə Sərhəd Polisinin helikopteri cəlb olunub.

Relyefin çətinliyindən texnikanın yanğın ocağına yaxınlaşması çətinləşib. Yanğının aradan qaldırılmasına Tbilisi, Borjomi, Axaltsixe və digər bölgələrdən 150-yə yaxın yanğınsöndürən cəlb olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi