Gürcüstanda məktəbdə yanğın baş verib

Gürcüstanda məktəbdə yanğın baş verib Gürcüstanın Kutaisi şəhərində 3 saylı ictimai məktəbdə yanğın baş verib.
Region
18 İyun , 2019 16:18
Gürcüstanda məktəbdə yanğın baş verib

Gürcüstanın Kutaisi şəhərində 3 saylı ictimai məktəbdə yanğın baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, yanğın məktəbin dam örtüyü və idman zalında qeydə alınıb.

Hadisə yerinə 7 yanğınsöndürən maşın cəlb olunub. Yanğının söndürülməsi işləri davam etdirilir.

Məktəbdə tədris prosesi başa çatdığından hadisə zamanı xəsarət alan olmayıb. 

Son xəbərlər

Orphus sistemi