Gürcüstanda məhkəmə keçmiş deputatı girov müqabilində azadlığa buraxıb

Gürcüstanda məhkəmə keçmiş deputatı girov müqabilində azadlığa buraxıb Tbilisi Şəhər Məhkəməsi ötən gün deputat toxunulmazlığı ləğv olunmuş müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) üzvü Nika Melia ilə bağlı qərar qəbul edib.
Region
27 İyun , 2019 16:41
Gürcüstanda məhkəmə keçmiş deputatı girov müqabilində azadlığa buraxıb

Tbilisi Şəhər Məhkəməsi ötən gün deputat toxunulmazlığı ləğv olunmuş müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) üzvü Nika Melia ilə bağlı qərar qəbul edib.

“Report”un yerli bürosu xəbər verir ki, qərara əsasən, N.Melia 30 min lari girov müqabilində azadlığa buraxılıb.

Hakim Temur Qoqoxia bildirib ki, keçmiş deputata yaşadığı yeri məlumat vermədən və istintaq orqanının razılığı olmadan tərk etmək qadağan olunub. 

Məhkəmənin qərarı ilə N.Meliaya bir sıra məhdudiyyətlər qoyulub. Sabiq deputata ictimai yerlərdə bəyanat vermək, yaşadığı yeri tərk etmək və iş üzrə şahidlərlə ünsiyyətdə olmaq qadağan edilib. Bununla yanaşı, o, şəxsiyyət vəsiqəsi və pasportunu də istintaq orqanlarına təhvil verməlidir. 

Müdafiə tərəfi N.Melianın 10 min lari girov müqabilində azadlığa buraxılmasını tələb edib.

Gürcüstanın Baş Prokurorluğu isə məhkəmədən N.Melianın həbsini xahiş edib.

Qeyd edək ki, keçmiş deputat Tbilisidə iyunun 20-21-də keçirilən aksiyada kütləvi zorakılığın təşkili, ona rəhbərlik etmək və iştirakda təqsirləndirilir. Günahı sübuta yetiriləcəyi təqdirdə, onu 6 ildən 9 ilədək həbs cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi