Yuxarı

Gürcüstanda tətil edən mədənçilər aclıq aksiyası keçirir - YENİLƏNİB

​Gürcüstanda mədənçilərin tətili bərpa olunub

Gürcüstanın Çiatura şəhərində ötən gündən tətil keçirən mədənçilərin bir hissəsi aclıq aksiyası elan edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tətil səbəbindən şəhərdəki bir neçə mədəndə hasilat işləri tam dayandırılıb.

Aclıq aksiyası keçirən 20-yə yaxın mədənçi bildirib ki, tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklər.

Bəzi mədənçilər Çiatura şəhərinin girişində toplaşıb. Onlar mədənlərin məxsus olduğu “Gürcüstan manqanı” şirkətinin maşınlarının hərəkətinə imkan verməyəcəklərini bildiriblər.

Qeyd edək ki, bu gün hakim Gürcü Arzusu Partiyasının siyası katibi İrakli Qaribaşvili, Tbilisi meri Kaxa Kaladze və parlament sədri İrakli Kobaxidze Çiatura şəhərinə gedərək tətil keçirən mədənçilərlə görüşüblər. Onlar mədənçilərin əməkhaqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması ilə bağlı tələblərinin ədalətli olduğunu bildiriblər. 


*** 10:33

Gürcüstanın Çiatura şəhərində mədənçilərin ötən gündən elan etdikləri tətil davam edir.

“Report”un yerli bürosu xəbər verir ki, mədənçilər “Gürcüstan manqanı” şirkətinin ofisi qarşısında toplaşıblar.

Şirkət rəhbərliyi ilə ötən gün aparılan danışıqlar hələ heç bir nəticə verməyib. Bu gün tərəflər arasında növbəti görüşün keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, mədənçilər əmək haqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi