Gürcüstanda mədənçilərin tətili başa çatıb

Gürcüstanda mədənçilərin tətili başa çatıb Gürcüstanın Çiatura şəhərində mədənçilərin tətili dayandırılıb.
Region
27 May , 2019 21:42
Gürcüstanda mədənçilərin tətili başa çatıb

Gürcüstanın Çiatura şəhərində mədənçilərin tətili dayandırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, mədənçilər və “Gürcüstan manqanı” şirkəti arasında aparılan danışıqlar müsbət nəticələnib.

Razılığa əsasən, il ərzində mədənçilərin əməkhaqları 35% artırılacaq.

Çiaturada olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Tirnava bildirib ki, mədənçilər sabahdan etibarən işə çıxacaqlar.

Qeyd edək ki, 11-ci gündür tətil edən mədənçilər əməkhaqlarının 50 faiz artırılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər. 

Son xəbərlər

Orphus sistemi