Gürcüstanda mədənçilər üç gündür etiraz aksiyası keçirirlər

Gürcüstanda mədənçilər üç gündür etiraz aksiyası keçirirlər Gürcüstanın Tkibuli şəhərində mədənçilərin etiraz aksiyası üçüncü gündür davam edir.
Region
26 Sentyabr , 2019 11:40
Gürcüstanda mədənçilər üç gündür etiraz aksiyası keçirirlər

Gürcüstanın Tkibuli şəhərində mədənçilərin etiraz aksiyası üçüncü gündür davam edir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiyanın əsas tələbi əməkhaqlarının ödənilməsidir.

Mədənçilər bildiriblər ki, onların yeganə gəlir mənbəyi aldıqları maaşdır. Onlar əməkhaqları verilməyənə qədər aksiyanı dayandırmayacaqlarını bildiriblər.

Mədənçilərin etirazı Gürcüstan hökumətinin bugünkü iclasının əsas mövzularından biri olub. Baş nazir Giorgi Qaxaria Tkibulidə baş verənləri tamamilə qəbuledilməz adlandırıb: “Bu problemlərin bir neçə il yığılmasına baxmayaraq, bu cür hallara bizim ölkədə yer olmamalıdır. Bütün investorlar və işəgötürənlər üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər”.

Hökumət başçısı iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnavanın Tkibuliyə gedib problemi yerində araşdıraraq həllinə çalışacağını bildirib. 

Son xəbərlər

Orphus sistemi