Yuxarı

Gürcüstanda matəm günü elan olunub

Iyunun 15-i qeyri-iş günüdür

Bakı. 15 İyun. REPORT.AZ/ İyunun 15-i Gürcüstanda milli matəm günü elan olunub. 

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iyunun 14-də baş vermiş təbii fəlakətlə əlaqədar yaradılmış fövqəladə hallar komissiyanın iclasında bildirib.

Xatırladaq ki, Gürcüstanda güclü leysan yağışları ölkənin regionlarında, eləcə də paytaxt Tbilisinin bəzi ərazilərində torpaq sürüşməsinə səbəb olub. Vera çayı üzərindəki bəndin dağılması nəticəsində paytaxtda bir neçə evə ciddi ziyan dəyib, zoopark su altında qalıb. Təbii fəlakət 12 nəfərin həyatına son qoyub, 24 nəfər itkin düşüb, 37 nəfər xəsarət alıb.

Gürcüstanın ətraf mühit və təbii ehtiyatlar naziri Qiqla Aqulaşvili bildirib ki, iyunun 15-də ölkə ərazisində yenidən güclü yağışlar gözlənilir.

Iyunun 15-i həm də qeyri-iş günü elan edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi