Yuxarı
    Bağlamaq

    Gürcüstanda matəm elan olunub

    Bütün inzibati binalarda dövlət bayraqları endiriləcək

    Bakı. 5 aprel. REPORT.AZ/ Gürcüstanda daş kömür şaxtasında baş vermiş qəza ilə əlaqədar aprelin 6-sı ölkədə matəm günü elan edilib.

    "Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan hökumətinin Mətbuat xidməti məlumat yayıb.

    "Hökumətin qərarı ilə 2018-ci ilin aprelin 6-sı Gürcüstanda matəm günü elan edilib. Tkibuli şaxtasında həlak olanların xatirəsinə hörmət əlaməti olaraq bütün inzibati binalarda dövlət bayraqları endiriləcək", - məlumatda deyilir.

    Kömür şaxtasında baş vermiş qəzadan sonra Gürcüstan prezidenti Georgi Marqvelaşvili əmək mühafizəsi sahəsinə nəzarəti gücləndirməyi tapşırıb.

    Qeyd edək ki, aprelin 5-də gecə saatlarında Gürcüstanın Tkibuli bölgəsindəki Mildeli şaxtasında qəza baş verib. Nəticədə 6 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi