Gürcüstanda koronavirusla mübarizəyə 2,5 milyon dollar toplanıb

Gürcüstanda koronavirusla mübarizəyə 2,5 milyon dollar toplanıb Gürcüstanda koronavirusla mübarizə üçün yaradılan StopCoV fondunda toplanan məbləğ 9 milyon lariyə (2,5 milyon dollardan çox) çatıb.
Region
26 Mart , 2020 13:56
Gürcüstanda koronavirusla mübarizəyə 2,5 milyon dollar toplanıb
0 : 00
0 : 00

Gürcüstanda koronavirusla mübarizə üçün yaradılan StopCoV fondunda toplanan məbləğ 9 milyon lariyə (2,5 milyon dollardan çox) çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Biznes Ombudsmanı Aparatından bildirilib.

Fonda böyük məbləğdə ianələri iri şirkətlər edib.

Ötən gün Gürcüstan Prezidenti Salome Zurabişvili də fonda 30 min lari pul köçürüb.

Qeyd edək ki, StopCoV fondu martın 24-də yaradılıb. İanə edənlər arasında sıravi vətəndaşlar, mühacirlər, siyasətçilər, biznesmenlər, banklar, iri və kiçik şirkətlər də var.

Son xəbərlər

Orphus sistemi