Gürcüstanda koronavirusa yoluxanların sayı 805-ə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 805-ə çatdı Gürcüstanda son sutka ərzində koronavirusa 4 yeni yoluxma halı qeydə alınıb.
Region
5 İyun , 2020 10:11
Gürcüstanda koronavirusa yoluxanların sayı 805-ə çatdı

Gürcüstanda son sutka ərzində koronavirusa 4 yeni yoluxma halı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da ölkədə COVID-19-a yoluxanların sayı 805-ə çatıb. Onların 650-si müalicə olunaraq sağalıb, 13-ü isə vəfat edib.

Ölkə üzrə karantində 2 424, stasionar nəzarətdə isə 304 nəfər saxlanılır. 

Son xəbərlər

Orphus sistemi