Gürcüstanda koronavirusa yoluxanların sayı 4 nəfər artaraq 800-ə çatıb.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, virusun təsdiqləndiyi üç nəfər Gürcüstan vətəndaşı olmayan yük maşınının sürücüsüdür.
Mərkəz rəhbəri qeyd edib ki, COVID-19-a yoluxan daha bir nəfər dünyasını dəyişib. Bununla da ölkədə bu xəstəlikdən ölənlərin sayı 13-ə çatıb.
Dünyasını dəyişən şəxs Bolnisi rayonunun azərbaycanlılar yaşayan Muşevani (Dəllər) kənd sakini olub.