Gürcüstanda koronavirusa yoluxanların sayı 780-ni ötdü

Gürcüstanda koronavirusa yoluxanların sayı 780-ni ötdü Gürcüstanda koronavirusa yoluxanların sayı 26 nəfər artaraq 783-ə çatıb.
Region
31 May , 2020 10:53
Gürcüstanda koronavirusa yoluxanların sayı 780-ni ötdü

Gürcüstanda koronavirusa yoluxanların sayı 26 nəfər artaraq 783-ə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib.

Onun sözlərinə görə, ölkədə daha 5 nəfər COVID-19-dan sağalıb. Bununla da sağalanların sayı 605-ə yüksəlib.

İndiyədək qonşu ölkədə bu xəstəlikdən 12 nəfər dünyasını dəyişib.

Hazırda ölkə üzrə karantində 3 031, stasionar nəzarətdə isə 262 nəfər saxlanılır.

Son xəbərlər

Orphus sistemi