Gürcüstanda koronavirusa daha iki yoluxma faktı təsdiqlənib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla ölkədə koronavirusa yoluxanların sayı 110-a çatıb, onların 21-i sağalıb.
Karantində 4 995, stasionar nəzarətdə isə 278 nəfər saxlanılır.
Hazırda Gürcüstanda 89 aktiv COVID-19 infeksiyası daşıyıcısı var.